SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq bir neçə gündür ölkə ərazisində meşə yanğınları davam edir. Yanğınları söndürmək hələ də tam mümkün olmayıb. Üstəlik yeni yanğın ocaqları yaranır. 

BAKU.WS xəbər verir ki, baku tv-in əməkdaşları Quba rayonunun Vəlvələ kəndinə yanğınların davam etdiyi əraziyə yollanıb. 

Hazırda ərazidə olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti işlərini davam etdirir. 

Yanğının baş verdiyi ərazilər qəliz relyefə malik olduğundan və havaların isti-küləkli keçməsi səbəbindən yanğınsöndürənlərin işi bir xeyli çətiləşib. Buna baxmayaraq yanğınların söndürülməsi işləri aparılır. 

Daha ətraflı sujetdə:

BAKU.WS
VİDEO