AQTA 13 heyvan kəsimi məntəqəsinin sahiblərini cərimələdi - SİYAHI

AQTA 13 heyvan kəsimi məntəqəsinin sahiblərini cərimələdi - SİYAHI
Hadisə 106

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bu barədə BAKU.WS-ə agentlikdən məlumt verilib.

Bildirilir ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə 8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 58 heyvan kəsimi və ət satışı məntəqəsində monitorinqlər aparılıb.

Monitorinqlər zamanı baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi, baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı halları aşkar edilərək 13 heyvan kəsimi və ət satışı məntəqəsi barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Nöqsanlara yol vermiş 36 məntəqə sahibinə isə sonuncu xəbərdarlıq olunub.

Nöqsanlar aşkarlanmış və inzibati tədbir görülmüş heyvan kəsimi və ət satışı məntəqələrinin siyahısına buradan daxil ola bilərsiniz.

Oxşar xəbərlər

Qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi ləğv edilib

Qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi ləğv edilib

"Qurban bayramına hazırlıq məqsədilə indiyədək AQTA tərəfindən kəsim və satış məntəqələrinin, eləcə də ticarət şəbəkələrinin rəhbərlərinə Qurban bayramında heyv...

62 Hadisə 11:39 08 iyul 2022

Son xəbərlər