Şabranda hotel əməkdaşları da yanğını söndürməyə çalışır - VİDEO

18
avq
2022
08:40
Şabranda dünəndən etibarən dağlıq ərazidəki meşə sahəsində başlayan yanğın hotelə doğru istiqamət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə AZTV-nin hadisə yerində olan müxbiri bildirib.
O canlı yayım zamanı deyib ki, yanğının “Qalaaltı” hoteli üçün heç bir təhlükəsi yoxdur: "Çünki hotel ilə yanğın arasında kifayət qədər məsafə var. Hotelin qonaqları, eləcə də sakinlər təşvişə düşməsin. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yanğına müdaxilə edir. Hotel əməkdaşları da yanğının söndürülməsində FHN-nin şəxsi heyəti ilə birlikdədir".
Oxşar xəbərlər
Şabrandakı yanğınla bağlı son vəziyyət - YENİLƏNİB - VİDEO
Şabran rayonunda meşəlik ərazidə yanğın baş verib. Hadisə yerinə ezam olunan BAKU.TV əməkaşı yanğının Şabran rayonu Zeyvər kəndinin yaxınığına qədər keçdiyini d...
