Bakıda avtomobil piyadaları vurub, ölən var

Bakıda avtomobil piyadaları vurub, ölən var.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə avqustun 17-si saat 03:10 radələrində paytaxtın Nərimanov rayonu, K.Rəhimov küçəsi 12 saylı ünvanın qarşısında qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü paytaxt sakini Nəsirov Vüsal Məmmədəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu piyada keçidi olmayan yerdən keçən 1986-cı il təvəllüdlü Eyvazov Feyruz Emruz oğlunu və 1988-ci il təvəllüdlü Ağayeva Elnurə İzzətalı qızını vurub. Nəticədə Feyruz Eyvazov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, Elnurə Ağayeva isə qapalı kəllə-beyin travması və sol ayağın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğluna 6 il həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə...
