Bakı-Quba yolundakı dəhşətli qəzada iki nəfər həyatını itirdi - YENİLƏNİB - VİDEO

Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı iki nəfər ölüb, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəlludlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
***11:31
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə yük avtomobili toqquşub.
Şahidlərin dediyinə əsasən, qəza nəticəsində ölən və xəsarət alan var.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...
