SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 35 yaşlı Ramazanov Siyavuş Nurxan oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS