SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Şahverdili kəndində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS