Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb

Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb
Hadisə 37

Qusar rayonunda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun Avaran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1939-cu il təvəllüdlü Yanvar Zuxayəddin oğlu Qaraxanov meşədə üzərinə ağac düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı koma vəziyyətində Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Son xəbərlər