13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Tovuzda baş verən qəzanı törədən şəxsin kimliyi məlum olub.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.

Məlumatlara görə, o, idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.

***09:44

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.

BAKU.WS