VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 15:44 radələrində təcili tibbi yardım avtomobili ilə İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalan üç nəfər Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

BAKU.WS-in məlumatına görə, TƏBİB-dən APA-ya bildirilib ki, hər üç şəxsə də bədənin müxtəlif nahiyələrində yumşaq toxumaların əziyi və sıyrıntıları diaqnozu qoyulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olub.

Hər biri vəziyyətləri qənaətbəxş olduğu üçün xəstəxanada yatmaqdan imtina ediblər və yazılı iltizam yazdıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

BAKU.WS