Zaqatalada 5 yaşlı uşaq qaynar su olan qaba yıxılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub.

Xanım Dəmirovaya 2-3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub.

Xanım Dəmirovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS