FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB
Hadisə 96

Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***22:05

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

***21:03

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

BAKU.WS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

FHN çoxmərtəbəli binadakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB/ VİDEO

FHN çoxmərtəbəli binadakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB/ VİDEO

21 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən...

4280 Hadisə 23:47 21 iyun 2021

Son xəbərlər