SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonunda başqasının avtomobilini oğurlayıb rəngini dəyişərək mənimsəmək istəyən şəxs saxlanılıb.

Binəqədi rayonu Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Muxtar Əskərov, ona məxsus "VAZ 2104” markalı avtomobilin qaçırıldığını bildirib.

Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şüphəli bilinən Laçın rayon sakini Əlibala Quliyev saxlanılıb.

O dindirilmə zamanı səmimi olmağa çalışıb və əməlini etiraf edib. Maşın ustası olduğunu deyən Əlibala Quliyevin sözlərinə görə, avtomobili oğurladıqdan sonra, başqa rəngə boyuyub və özünəməxsus maşının nömrəsini taxıb: "Gecə saat hardasa 2-3 olardı. Gətirdim gecə kraskaladım maşını. Birinci arxa patpresini çıxartdım. Girdim içinə fiqurasını qırdım, xoddadım çıxdım getdim”.

Əməlindən peşman olan cinayətkar, bunu həm də səhlənkarlıqla əlaqələndirib: "Sadəcə ağılsızlıq”.

Araşdırmalar zamanı məlum olub ki, Əlibala Quliyev oğruladığı avtomobilin dövlət qeydiyyat nişanını yaxınlıqdakı zibilxanaya atıb. Sənətləri isə yandırıb.

Artıq faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (Region TV)
 
BAKU.WS