VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda beş nəfərin ölümünə səbəb olan Mahmud Əzizovun məhkəməsi başlayır.

BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə ağır yol nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

M.Əzizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

BAKU.WS