SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə avtomobil təmiri sexlərində yanğın olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhəri, Sarabski küçəsində, rayon sakini Şakir Zakir oğlu Xəlilova məxsus, ümumi sahəsi 245 kvadratmetr olan maşın təmiri sexlərində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 15 şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexlərin 195-kv/m-lik sahəsinin yanar konstruksiyaları və təmirə qoyulan "VAZ 2107" markalı maşın yanıb. "Mercedes" markalı maşın yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA