Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb.
Bu barədə BAKU.WS-ə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Oxşar xəbərlər
Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
Bakının Qaradağ rayonunda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb. Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib. Belə ki, iyunun 25-də saat 03...
