VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən gün 17:30 radələrində qəbiristanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarının parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olunan ayaq cərrahiyyə yolu ilə kəsilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS