Bakıda yanan körpələrin babası da vəfat etdi

05
iyl
2022
14:17
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki üzvü ölüb, beşi yaralanmışdı.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Bakıda evin yanması nəticəsində xəsarət alan ailənin daha bir üzvü, körpələrin babası, 70 yaşlı Abbasov Qafar Qəni oğlu da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, məlum hadisə iyunun 29-da Bakının Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində əkiz körpələr ölüb, ailənin beş üzvü isə yaralanmışdı.
Oxşar xəbərlər
Azərbaycanda 11 uşaq bağçasının müdiri ciddi nöqsanlara görə işdən çıxarılıb - YENİLƏNİB
Təhsil Nazirliyi (TN) 11 uşaq bağçası müdirinin işdən çıxarılması ilə bağlı açıqlama verib. Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, TN tərə...
