SİZİN REKLAM BURADA!
055 213 76 73


7 il əvvəl vəfat etsə də, adına hələ də radar gəlir. Tragikomik hadisə İsmayıllı rayonunda baş verib.

Vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyun ayının 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb. Və o 50 manat məbləğində cərimələnib.

Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev "Xəzər Xəbər"ə bildirib ki, məslənin belə olması onu çox narahat edib.

Məsələyə Baş Dövlət Yol Polis İdarəsi də münasibət bildirib

İdarənin inspektoru Toğrul Nəsirlinin sözlərinə görə hec bir sürücü törətmədiyi yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə halla qarşılaşan sürücülər bas dövlət yol polis idarəsinə məlumat versinlər.

BAKU.WS
VİDEO