Bu gün ermənilər tərəfindən öldürülən Zəhra və nənəsinin ildönümüdür - FOTO

Bu gün qızcığaz Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən 5 il ötür.
BAKU.WS xatırladır ki, 2017-ci ilin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin həmin dövrdə işğal altında saxladığı Füzuli rayonunun Alxanlı kəndində atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülüb, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.
Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olub. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.
Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq zamanla sistematik xarakter daşıyıb və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.
Qalereya
Oxşar xəbərlər
Ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən körpə Zəhranı anırıq
Bu gün 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən, nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körp...