SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İŞİD hakerləri Azərbaycan dövlət saytlarına kiber hücum təşkil etdiklərini iddia ediblər.
 
BAKU.WS-in məlumatına görə, özlərini "İslamic Kiber Army" adlandıran İŞİD hakerləri "Amrahbank"ın saytında yerləşdirdiyi xəbərdarlıqda bildiriblər ki, çox sayda banklar, hökumət və hərbi saytlardan məlumatlar oğurlanıb: "Sizə xəbərdarlıq edirik, əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetdə yerləşdirəcəyik", - deyə hakerlərin xəbərdarlığında əks olunub.
 
Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, kiber təşkilatın bu iddiaları tam əsassızdır və dövlət saytlarına heç bir hücum olmayıb. Qurumdan bildirilib ki, dövlət saytları yüksək səviyyədə qorunur və təhlükəsizliklə bağlı heç bir problem qeydə alınmayıb.
 
Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 
 
ŞAHİN Həbibov
BAKU.WS