Özbəkistanda şagird müəllimlə mübahisə etdikdən sonra pəncərədən tullandı - VİDEO

25
may
2022
21:51
Sosial şəbəkələrdə məktəbli qızın müəllimlə mübahisə etdikdən sonra sinifin pəncərəsindən tullanmasını əks etdirən video yayılıb. Kadrlar Özbəkistandandır.
Məlumata görə, səkkizinci sinif şagirdi dərs zamanı açarı evə aparmaq üçün müəllimdən icazə istəyib. Dərsin bitməsinə 5 dəqiqə qaldığı üçün müəllim məktəbli qızdan gözləməsini istəyib. Qız itaət etməyib və pəncərədən tullanıb.
Bildirilir ki, sinif aşağı mərtəbədə olduğu üçün məktəbli xəsarət almayıb.
Hadisə Fərqanə regional rayon xalq təhsili şöbəsi tərəfindən nəzarətə götürülüb.
Oxşar xəbərlər
14 yaşlı şagirdin özünü məktəbin üçüncü mərtəbəsindən atmasının TƏFƏRRÜATI
Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdinin intihara cəhdinin bəzi detalları məlum olub. BAKU.WS xəbər verir ki, məktəbin direktoru...