SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nərəcan-Uzunoba avtomobil yolunda baş verib. "Qazel" və BMW markalı avtomobillərin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Sevda Şükür qızı Xəlilova, 1972-ci il təvəllüdlü Sevda Mürsəl qızı Xəlilova, 1993-cü il təvəllüdlü Qədir Abubəkir oğlu Musayev və 1991-ci il təvəllüdlü Əmrah Qorxmaz oğlu Məcidov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS