VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşmuş, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurmuşdur.

T.Məmmədov hadisə yerində ölmüş, hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir.

Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS