VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda tanışı tərəfindən zorakılığa məruz qalan qız polisə müraciət edib.


BAKU.WS-in məlumatına görə, bu barədə Qafqazinfo yazıb. Bildirilir ki, hadisə Binəqədi rayonunda baş verib.

Abşeron rayon sakini 1997-ci il təvəllüdlü S.Y 102 xidmətinə zəng edərək bir neçə gün öncə başına gələn hadisə barədə məlumat verib: "Avqustun 29-da gecə tanışım Mədətlə dəniz qırağına getdik. Goradil bağlarında dəniz kənarında Mədət məni zorlamaq istədi, müqavimət göstərdim".

Müəyyən edilib ki, 23 yaşlı M.Mədət də Abşeron rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS