SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, Nizami rayonu, Qara Qarayev prosektində "Daewoo” markalı, 99 JX 482 dövlət qeydiyyt nişanlı avtobus 57 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS