SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilən yoxlamalarla 25 tikinti obyektində 56 nəfərin əmək və ya xidməti müqaviləsi olmadan çalışdığı aşkar edilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 1 işəgötürən təşkilat barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Daha 14-ü haqqında ümumilikdə 166 800 manat inzibati cərimə tətbiq edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

BAKU.WS