SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Musavat.com-un verdiyi xəbərə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb.

Lent.az-ın məlumatına görə, hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasalar da, onun vəziyyətinin ağır olduğunu bildirirlər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS