SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Elnur İsayev bildirib ki, İmişli rayon İcra Hakimiyyətinin binasının tikintisi zamanı Vilyam Hacıyevi tanıyıb.

"Vilyam müəllimin qəbulunda olmuşam, tanıyıram. Tikintini aparan şirkətin icraçı direktoru olmuşam", - deyə şahid bildirib.

Prosesdə Vilyam Hacıyev bildirib ki, şahidi tanımır.

Sahibkar Həsən Zahidov isə bildirib ki, İmişlidə yükdaşıma şirkəti var: "Vilyam Hacıyevlə heç bir münasibətimiz olmayıb. Obyekt tikirdim, memar Rəsulov Nazim gəldi ki, tikinti qanunsuzdur. Biz sərəncamı göstərdik, dedi, Vilyam Hacıyev deyib ki, tikintini dayandırın. Mən sərəncamı əvvəlki başçıdan almışdım. Sərəncamın surətini verdim Nazimə getdi. Sonradan zəng vurub dedi ki, tikintini davam etdirmək üçün Vilyam Hacıyev 2 min manat istəyir. Dedi ki, əks təqdirdə polis çağıracağıq. Mən də məcbur olub 2 min manat verdim. Çünki məcbur idim, tikintini dayandırmışdı. Tikintini aparmalı idim, dolanacağım ondan çıxır".

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

BAKU.WS