VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunun Gödəkli kəndində itə ağılasığmaz işgəncə verən şəxs məsuliyyətə cəlb edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az"-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, iti asaraq öldürən şəxslə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başladılıb.

"Həmin şəxs-yəni, rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov barəsində fevralın 19-da İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir) tədbir görülüb".

***08:36

Xaçmaz rayonunun Gödəkli kəndində itə ağılasığmaz işgəncə verilib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisəni törədən şəxs iti boynunda iplə asaraq öldürüb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO