140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur
Hadisə 406

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılıb.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır.

Şikayətçilər tələbələrin ödəniş etmədiyi halda dərslərə buraxılmasını əsas gətirərək bu məsələdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın da günahkar olduğunu bildirir.

Dələduzluğa məruz qalan tələbələr və onların valideynləri rektorun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. O, 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib

BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib

Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır. BAKU.WS “report”a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə v...

305 Hadisə 15:01 28 yanvar 2021

Son xəbərlər