SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

İlkin məlumata əsasən hadisə zamanı iki nəfər dünyasını dəyişib, daha iki nəfər xəsarət alıb.

Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

BAKU.WS
QALEREYA