Dubaydan "iPhone" və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb

15
yan
2022
11:03
İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.
R.Lətifinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:
“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, - deyə o bildirib.
Oxşar xəbərlər
"Kişi ürəyini tutub yıxıldı ki, baş qarışsın, həyat yoldaşı..." – VİDEO
“Bu yaxınlarda bir azərbaycanlı qadın Dubaydan (Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ) gəlirdi.O, dövlət sərhədini keçəndən sonra ayaqyolunda əsasən ərəb ölkələrində...
