SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Qazax magistralında zəncirvari qəzada avtomobillər toqquşub, 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir. Kürdəmirdə də yol qəzası baş verib. Ölən və yaralananlar var.

BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, dumanlı havada 40-a yaxın avtomobil toqquşub.

Hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Dumanlı hava şəraitində 4-5 metr görmə məsafəsi olub. Baş verən bir qəzadan sonra zəncirvari qəza olub. Yerin buzlu və sürüşkən olması avtomobillərin sayının çox olmasına səbəb olub.

Qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına yerləşdirilib. Sabirabad rayonunun Narlıq kənd sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə də ölümlə nəticələnən yol qəzası baş verib. Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 38 yaşlı Elgiz Quliyevin idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Rahib Xəlilov ölüb, bir neçə nəfər ağır yaralanıb. Şahidlərin dediyinə görə, qəzaya səbəb asfaltın buz bağlaması olub. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO