SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Salyan rayonunda doğulan üçəmlərdən sonuncusu Bakıda dünyasını dəyişib.

BAKU.WS Report-a istinadən məlumat verir ki, bu barədə ölən körpələrin doğmaları məlumat veriblər. 

Yaxınlarının bildirdiyinə görə, hazırda Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunda ölən körpənin meyiti Salyana gətirilir.
 
Qeyd edək ki, Salyan rayon xəstəxanasında işıqların sönməsi nəticəsində küvezdə olan üçəmlərdən ikisi dünyasını dəyişmişdi. Birinin isə vəziyyəti ağır idi. 
 
BAKU.WS