SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğında üç nəfər tüstüdən zəhərlənib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə zamanı ümumi sahəsi 1200 kvadratmetr olan (hər mərtəbəsi 240 kvadratmetr) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.

Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***09:27

Bakıda Cəfər Xəndan küçəsində yerləşən “Qoç ət” restoranındakı yanğından ilk görüntülər yayılıb. 

BAKU.WS-in məlumatına görə, yanğın hadisə şahidləri tərəfindən lentə alınıb. Fövqəladə Hallar Nazirliyi də yanğın haqqında məlumat yayıb. FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

Əlavə məlumat veriləcək.

***09:04

Bakıda restoranda yanğın başlayıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

 

BAKU.WS
VİDEO