SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ukrayna hərbi birləşmələri Donbas istiqamətində hücuma keçib.
 
BAKU.WS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 4 kilometr irəliləyən Ukrayna ordusunun qarşısı kəsilib və cavab həmləsi edilib.  
 
Bu gün səhər saatlarından artilleriya və zirehli avtomobillərlə hücuma keçən ordu rəqibin mövqelərini yarıb keçməyə müvəffəq olub. Son məlumatlara görə, separatçı rejim BMP-dən, qumbaraatanlardan və silahdan istifadə edərək Ukrayna ordusuna müqavimət göstərməyə çalışır. 
 
Döyüşlərdə hər iki tərəfdən itki olduğu güman edilir. Ancaq hələlik itkilər barədə rəsmi olaraq məlumat verilməyib. 
 
BAKU.WS