SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələrini davam etdirirlər. Bir nəfər isə artıq evə buraxılıb”.

***10.05

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

BAKU.WS xəbər verir ki, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib. Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Əlavə məlumat veriləcək. 

BAKU.WS