Bakıda gənc qadın gecə klubunda özünü bıçaqlayıb

Bakıda gənc qadın gecə klubunda özünü bıçaqlayıb
Hadisə 723

Bakıda intihara cəhd hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Ş.M adlı qadın gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Ş.M cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər