Bakıda yolu kəsən "nazir qızı" cərimələndi - FOTO

Bakıda yolu kəsən nazir qızı cərimələndi - FOTO
Hadisə 7252

Bakıda yolu kəsən xanım sürücü cərimələnib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən “avtosfer.az”a məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, 90-LM-475 qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü Nərimanov rayonu Azadlıq prospektində səkidə parklanma qaydasını pozaraq hərəkət iştirakçılarının yolunu kəsdiyi üçün barəsində tədbir görülüb. Sürücü Vəkilova Təranə Rafael qızı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimələnib.

Xatırladaq ki, yolu kəsdiyinə görə özünə haqq qazandıran Təranə Vəkilova “mən o binanın sakiniyəm, yerimdə kimsə saxlayanda belə edirəm, nazir qızı olmuşam”, - deyib.

Oxşar xəbərlər

Son xəbərlər