SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlum olduğu kimi, ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub.

Küləyin təsirindən paytaxt Bakıda bir sıra fəsadlar meydana çıxıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.

BAKU.WS xəbər verir ki, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən beşmərtəbəli binanın yanğın nərdivanının fasaddan qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyərək alpinist ləvazimatlarından istifadə etməklə asılı vəziyyətdə qalmış nərdivanı kəsib kənarlaşdırıb və vətəndaşların təhlükəsizliyini təmin ediblər.

Bundan əlavə, Səbail rayonu, Neftçilər prospektində binanın dam örtüyünün vətəndaşlara təhlükə yaratması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş XRXX-nin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Həmçinin, gecə saatlarında Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində dayanmış avtomobilin üzərinə aşaraq nəqliyyatın hərəkətini məhdudlaşdırmış hündürlüyü təqribən 20 metr olan şam ağacının xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə kənarlaşdırılması və nəqliyyatın hərəkətinin bərpası təmin edilib.

BAKU.WS
VİDEO

QALEREYA