SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvar rayonu ərazisində “HOWO” markalı yük avtomobilinin qoşqusunun iki ədəd təkəri, banına çəkilən örtüyün bir hissəsi və banına yığılan 360 ədəd sobanın 60 ədədi yanıb.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

Bildirilir ki, qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın söndürülüb.

BAKU.WS