SİZİN REKLAM BURADA!
055 213 76 73


Qax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı dağlıq ərazidə 200 m² sahədə kol-kos və 2 ədəd palıq ağacı yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

***10:13

Bu gün səhər saat 7 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında həmin ərazidə irigövdəli ağacı ildırım vurması olub. Yerli sakinlərin dediyinə görə, gecə saatlarından ərazidə qismən tüstülənmə müşahidə edilib, səhər saatlarında isə yanğın qeydə alınıb.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.

BAKU.WS