SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin (FHN ) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş yaşadığı mənzilin eyvanından birinci mərtəbənin artırmasının damına çıxıb və yaş həddinin çoxluğu səbəbindən geri qayıda bilməyib.

Vətəndaş xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS