Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən PKK üzvləri saxlanılıb

Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, onlar Suriya əsilli 2 qardaşdır.
Şübhəli şəxslər hüquq-mühafizə orqanlarının ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə keçirdiyi əməliyyat zamanı saxlanılıblar. PKK üzvlərinin ölkədən qaçmaq planlarının olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 4 nəfər ölüb, onlarla ev isə yararsız vəziyyətə düşüb.
Oxşar xəbərlər
Elmar Vəliyevi vuran Yunis haqda ən son və sensasion məlumatlar
Gəncə tətikçisinin papağının mənasından tutmuş, həyat yoluna qədər, heç yerdə getməyən məlumatlar bu yazıda; "Bu, qısasçılıq zəminində baş vermiş sıradan bir ci...
