SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaiti açıqlayıb.

BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2016-cı il tarixədək 74.219.200,16 AZN, 212.373,88 ABŞ dolları, 3293,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
 
ŞAHİN Həbibov
BAKU.WS