SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara ev verəcək. 

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Nazirliyin məlumatına görə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayan, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçən, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (055) 675-26-56