Tərtərdə şadlıq sarayının sahibi cəzalandırıldı

Tərtər rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
Oxşar xəbərlər
Bakıda məşhur şadlıq sarayından kobud qayda pozuntusu - RƏSMİ
9 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2403/04 ünvanında fəaliyyət göstərən “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı...
