SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova ilə bağlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, aktrisa Lalə Süleymanova taksidə sürücü tərəfindən qeyrietik hərəkətlərə məruz qalması ilə bağlı polisə müraciət edib:

“Məsələ ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***10:37

Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual qısnamaya məruz qalıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, xanım iddia edib ki, “Bolt” taksi şirkətinin sürücüsü ona qarşı dəfələrlə əxlaqsız hərəkətlər edib.

“Sürücü tərəfindən seksual qısnamaya məruz qalmışam... Artıq qorxumdan pəncərəni açmışdım ki, nə isə olsa çığırım... Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəm”, - deyə xanım qeyd edib.

BAKU.WS
QALEREYA