Bakının Səbail rayonu, Neftçilər prospektində qadın sürücü qəzaya törədib.


BAKU.WS
-in məlumatına görə, qəzanın görüntüləri 1news.az saytında yayılıb. Yayılan videoda görünür ki, qarşıda gedən qadın sürücünün idarə etdiyi "Opel” markalı 90-BH-496 dövlət nömrə nişanlı avtomobil dönmək istərkən "pavorotnik”i yandırır. Lakin yaxınlıqdan keçən yol polisi maşını qadın sürücüyə maşının sağ zolağa keçməsinə imkan vermir. Nəticədə qadın sürət həddini və ara məsafəni düzgün təxmin etmədiyi üçün qarşıda gedən "Nissan Sunny” markalı avtomobilə çırpılır.

Hadisə yol polislərinin gözü qarşısında baş verir. Lakin polis hadisəyə heç bir reaksiya vermir və dayanmadan gedir.


Qeyd edək ki, Yol Hərəkəti Haqqında qanunun 50-ci maddəsinə görə, sürücü hərəkət zamanı sürət həddini qarşıdakı avtomobillə ara məsafəsinə uyğun elə seçməlidir ki, qəza baş verməsin.

 

Ziya Səccad
BAKU.WS